Top Event
Top
Paulaner Brewery Baku
Sosial Tədbir
AHK Oktoberfest 2024
Məkan
Paulaner Brewery Baku
AMAY Ticarət Mərkəzinin arxası
8 noyabr prospekti 25 B
AZ 1025
Bakı
Azərbaycan
+99412 4979797
www.paulaner-brauhaus-baku.com
Show place in map
Tədbirin başlanma tarixi
19.10.2024 · 19:00
Tədbirin bitmə tarixi
19.10.2024 · 23:59
Qeydiyyat

Tədbir hər kəs üçündür

Əziz AHK üzvləri və tərəfdaşları,

böyük məmnuniyyətlə Sizi 19 oktyabr 2024-cü il tarixində saat 19:00-da “Paulaner Brauhaus Baku” restoranında (8 noyabr prospekti 25 B) keçiriləcək AHK Oktoberfest tədbirinə dəvət edirik. Ənənəvi alman pivəsi və ləzzətli alman mətbəxinin təamlarından dadaraq, Bavariya musiqisi sədaları altında AHK üzvləri və dostları ilə dinamik bir axşam keçirmək üçün bizə qoşulun!

Münhen şəhərindən dəvət edilən “Enzianpower” musiqi qrupunun möhtəşəm konsertindən savayı, ənənəvi geyimlərdə Bavariya xalq rəqslərindən zövq alacaqsınız.

Biletin qiymətləri və digər detallı məlumatları yaxın zamanda diqqətinizə çatdıracağıq.

Nəzərinizə çatdırmaq istəyirik ki, Oktoberfest tədbiri şirkətinizin təqdimatı üçün ideal bir fürsət ola bilər. Bu baxımdan Siz sponsorluq dəstəyi çərçivəsində müxtəlif paketlər seçə və bunun müqabilində AHK Azərbaycanın Sizə təqdim etdiyi marketing imkanlarından yararlana bilərsiniz.

Əlavə sualınız olduğu halda, bizimlə ravana.guliyeva@ahk-baku.de email ünvanı və ya +994 497 63 06/07 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Bu əyləncəli Oktoberfest tədbirində alman pivəsi və “Enzianpower” qrupunun xoş ovqatlı musiqi sədalarından gəlin birlikdə zövq alaq!

Rəvanə Quliyeva

Rəvanə Quliyeva

Layihə rəhbəri l SES l Messe München