Top Event
Top
Bakı, Azərbaycan
Informasiya Səfəri
İşgüzar səfərlər
‘Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı’ mövzusunda işgüzar səfər
Məkan
Bakı, Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
21.10.2024 · 09:00
Tədbirin bitmə tarixi
25.10.2024 · 23:00

Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) tapşırığı ilə AHK Azərbaycan 21-25 oktyabr 2024 tarixlərində ‘Dəmir yolu tikintisidəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı’ mövzusunda işgüzar səfər təşkil edib. Bu səfər COMMIT Project Partners GmbHAlman Dəmir Yolu Sənayesi Assosiasiyası (VDB) və Nəqliyyat və Logistika Mərkəzi - Neuer Adler e.V. (CNA) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Səfər zamanı Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni CJSC, Balaxanı Sənaye Parkında yerləşən Proxima, Rail Trans Service LLC (RTS), INNOPRO CJSC, Alstom Transport Azerbaijan LLC və Dəmir Yolu Rabitə və Texnologiyaları LLC kimi mühüm tərəfdaşlarla görüşlər keçirilib və Azərbaycanın dəmir yolu sektoruna dair dəyərli bilgilər əldə edilib. Görüşlərdə Avropa şirkətlərinin Azərbaycandakı biznes fəaliyyətləri, mövcud layihələr, tenderlər və Alman şirkətlərinin aktiv iştirak etməsi üçün imkanlar müzakirə olunub.

Səfərin önəmli məqamlarından biri isə "Azərbaycan Dəmir Yolu Texnologiyalarında İnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı Məlumat tədbiri olub. Bu tədbir, Alman şirkətlərinin sahəyə dair birbaşa məlumat toplaya biləcəyi B2B görüşləri üçün əla bir platforma təqdim edib.

Delegasiyada aşağıdakı Alman şirkətləri təmsil olunub:

Səfərin uğuruna töhfə verən hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Gələcəkdə qurulucaq olan əməkdaşlıqları və tərəfdaşlıqları səbrsizliklə gözləyirik.

Aynur Vahabova

Aynur Vahabova

Layihə rəhbəri l Nümayəndə heyəti səfərləri | B2Bs | Forumlar | Biznes Xidmətləri