Top Event
Top
Hyatt Regency Bakı
Üzvlər Tədbiri
İdarə Heyətinin Seçkiləri ilə AHK Üzvlərinin Ümumi Yığıncağı
Məkan
Hyatt Regency Bakı
Hyatt Zalı
İzmir küçəsi 6
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
16.11.2022 · 17:00
Tədbirin bitmə tarixi
16.11.2022 · 19:30

16 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 90-a yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın son yarım il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur. Tədbirdə, həmçinin Palatanın idarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK idarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın gərgin əməyini yüksək qiymətləndirən sədr üzvlərin sayının artmasını, AHK Azərbaycanın İşçi Qruplarının güclənməsini və Almaniyadan çox sayda nümayəndə heyətlərinin Azərbaycana uğurlu səfərlərini özəlliklə vurğulayıb.

Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann AHK üzvlərini salamlayaraq, səfirlikdən yeniliklərlə bağlı çıxış edib və Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayıb.

“Azərbaycan Almaniyanın regionda əhəmiyyətli iqtisadi tərəfdaşıdır. Alman şirkətləri və investorları üçün bir çox sahədə, əsasən də Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında böyük imkanlar görürəm.”

Daha sonra AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.

“Son yarım il ərzində, yəni ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 12 yeni şirkət üzv olub və hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 175 şirkət Palatamızın üzvüdür. Sevindirici haldır ki, Palatamızın keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri özünə cəlb etməyi bacarır.”

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.

  • Cənab Fərid Quliyev - PAŞA Bank ASC-nin korporativ bankçılıq departamentinin direktoru
  • Cənab Anar Həsənov - Yelo Bank ASC-nin idarə heyətinin sədri
  • Cənab Əliyar Haşımlı - Leistritz Pumpen GmbH şirkətinin biznesin inkişafı üzrə meneceri
  • Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti
  • Cənab Emin İlyas - Bioropean MMC-nin təsisçisi və direktoru
  • Dr Henning Sasse - Norm ASC-nin şirkətinin baş icraçı direktoru
  • Cənab Tobias Baumann - AHK Azərbaycanın icraçı direktoru

İdarə heyəti üç il müddətinə təyin olunur.

Bundan sonra AHK Azərbaycanın yeni üzvləri təqdim olunub və tədbir Süleymanbəyli Qrupunun ifasında canlı musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.

Yeni seçilmiş İdarə heyətini təbrik edirik və növbəti üç il ərzində birlikdə işləməkdən məmnunluq hissi duyuruq!

Aytəkin Siraczadə

Aytəkin Siraczadə

Üzvlük Xidmətləri şöbəsinin rəhbəri