Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Üzvlər
İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupu
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
31.10.2024 · 11:00
Tədbirin bitmə tarixi
31.10.2024 · 12:30

31 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan konfrans otağında İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Qrupunun növbəti iclasında “İR Trendləri və Texnologiyasının Gələcəyi” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, SMART Cloud MMC-nin Azərbaycan üzrə nümayəndəsi Ayxan Abdullayev, Unibank Kommersiya Bankı ASC-nin İnsan Resursları üzrə direktoru Natalya Sandler və SMART Cloud MMC-nin Aparıcı Mütəxəssisi Gülnar Hacıyevaya verdi.

Cənab Abdullayev, açılış nitqində SMART CLOUD MMC-nin innovativ həllərini təqdim edərək, “SMART Payroll” və “Functional Moduls” anlayışlarını Microsoft ilə olan partnyorluq çərçivəsində HR ekosisteminin mühüm elementləri kimi vurğuladı. O, “SMART Payroll” sisteminin müəssisələrə əmək haqqı hesablamalarını daha səmərəli və dəqiq şəkildə həyata keçirməyə imkan tanıdığını vurğuladı. Eyni zamanda, “Functional Moduls”un insan resurslarının idarə edilməsi və performans qiymətləndirməsi kimi mühüm proseslərin sistemli şəkildə aparılmasında əsaslı rol oynadığını qeyd etdi.

Görüş xanım Sandlerin çıxışı ilə davam etdi. O, rəqəmsal transformasiyanın insan resursları (HR) sahəsindəki önəmli rolunu və müasir iş mühitində “Uzaqdan iş (Remote Work) və hibrid model” anlayışlarının əhəmiyyətini vurğuladı. Son olaraq, xanım Sandler "HR analitikası və süni intellektin HR-a təsiri" mövzusunda, işçi resurslarının idarəsində HR analitikasının verilənlərin toplanması və analizindəki rolunu qeyd etdi.

Daha sonra xanım Hacıyeva öz çıxışında Microsoft Biznes Mərkəzi (Microsoft Business Central) sisteminin əhəmiyyətini vurğulayaraq bu sistemin, müəssisələrin resurslarını daha səmərəli idarə etmələrinə imkan tanıyan bir platforma olmduğunu qeyd etdi.  Xanım Hacıyeva, həmçinin, ölkə daxilində qanunvericilik və əmək haqqı tələblərinə uyğun olaraq sistemin optimallaşdırılmasını təmin edən  Ağıllı Əmək Haqqı sistemi (SMART Payroll), yerli tələblərə uyğunlaşma (lokalizasiya) anlayışlarından danışdı. O, "Microsoft Power BI" ilə inteqrasiyanın, verilənlərin vizuallaşdırılması və analizini asanlaşdıraraq, müəssisələrə daha dəqiq qərarlar vermək imkanı tanığını qeyd etdi. O, həmçinin "Approval Workflow" sisteminin qərar qəbul etmə proseslərini avtomatlaşdıraraq, işçilərin və menecerlərin vaxtını qənaət etməyə və əmək haqqının hesablanmasını daha səmərəli etməyə imkan tanıdığını vurğuladı.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

Elvin Abbasov

Elvin Abbasov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı