1 fevral 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə İşçi Qrupunun 2023-cü il üzrə fəaliyyət planının müəyyən edilməsi məqsədilə Azərbaycanda insan resursları və peşə təhsili sektorunda aktual mövzular ətrafında müzakirələr aparıldı. Müzakirələr AHK Azərbaycan İR və PTT İşçi Qrupunun sədri xanım Nigar Hüseynzadə tərəfindən moderasiya edildi.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və yanvar ayının ikinci yarısında keçirilmiş İR və PTT İşçi Qrupunun fəaliyyəti ilə bağlı onlayn sorğunun nəticələrini təqdim etdi. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə aktiv müzakirələr fonunda davam etdi, üzvlər insan resursları sahəsində mövcud çətinliklər və gündəlik üzləşdikləri problemlərdən danışdılar. Şirkətlər arasında təcrübə mübadiləsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər müzakirələrin əsas hissəsini təşkil etdi. Görüşün sonunda xanım Nigar Hüseynzadə Palatanın üzv şirkətlərdən gələn bütün təklif və ideyalarına açıq olduğunu bir daha vurğuladı.