26 aprel 2023-cü il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə Yelo Bank ASC-nin ev sahibliyi etdiyi AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə spiral dinamika modeli ilə bağlı müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı və görüşə ev sahibliyi etdiyinə görə Yelo Bank ASC-nə təşəkkürünü bildirdi. O, mövzunun maraqlı və aktual olduğunu qeyd edərək onun gündəlik iş həyatında tətbiqi imkanlarından danışdı. iBloom MMC-nin həmtəsisçisi və direktoru xanım Ülviyyə Cabbarlı görüşə məruzəçi qismində qatılaraq "Spiral Dinamika - İnsan Resursları üçün dəyəri və Azərbaycanda tətbiqi imkanları" mövzusunda iştirakçılara interaktiv təlim keçdi. O, modelə qısa giriş hissəsindən sonra dəyər sistemlərinin (memlər) təkamülü haqqında danışdı və modeldə səkkiz fərqli səviyyənin üzərindən keçdi.
Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası və müzakirələr ilə davam etdi.