14 iyul 2023-cü il tarixində 30-dan çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İR və PTT İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüşdə kadr axınının yaratdığı xərclər mövzusunda müzakirələr aparıldı.
İclası açıq elan edən xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, daha sonra mövzunun xüsusi əhəmiyyətini vurğulayaraq bu tipli görüşlərin mütəmadi hal almacağına ümidini ifadə etdi. Azərbaycan İnsan Resursları Assosiasiyasının (AIRA) həmtəsisçisi və İdarə Heyətinin üzvü cənab Tural Məmmədov qonaq məruzəçi kimi görüşə qatılaraq “Kadr axının yaratdığı xərclər və onun biznesə maddi təsirləri” mövzusunda qarşılıqlı fikir mübadiləsi apardı.
Görüş interaktiv şəkildə keçirildi və təqdimatdan sonra qonaq məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.