21 dekabr 2023-cü il tarixində AccessBank QSC-nin Baş ofisində İR və PTT və Vergi, Gömrük və Hüquq Məsələləri İşçi qruplarının birgə görüşü keçirildi. Tədbirin məruzəçiləri qismində BHM Hüquq Şirkətinin Hüquq məsələləri üzrə vitse-sədri Gülnar Qurbanova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri cənab Fuad Heydərov iştirak etmişdilər.
İR və PTT İşçi Qrupunun sədri, AccessBank QSC-nın İnsan Resusları üzrə İcraçı direktoru xanım Nigar Hüseynzadə iştrakçıları salamlayaraq tədbiri açıq elan etdi, həmçinin iclasın gedişatı haqqında iştrakçılara qısa məlumat verdi. Daha sonra söz xanım Qurbanovaya verildi. Xanım Qurbanova da öz növbəsində iştrakçıları salamladı.
Xanım Qurbanova öz çıxışına cari ildə Əmək Məcəlləsində edilmiş əsas dəyişiklikləri və yenilikləri izah etmək ilə başladı. Bununla yanaşı xanım Qurbanova biznes sorğusunun nəticələrini paylaşaraq Əmək Məcəlləsi isə bağlı yaranan problemlər və arzu edilən gözləntiləri sadaladı.
Daha sonra xanım Qurbanova sözü cənab Heydərova ötürdü. Cənab Heydərov sosial tərəfdaşlıq prinsepilərinin fəaliyyəti haqda məlumat verdi. Həmçinin o, 2024-cü ildə olacaq yeni lahiyələr və gələcək düzəlişlər haqda danışdı. Daha sonra isə cənab Heydərov iştrakçılarla birgə Əmək və Məşğulluq altsistemində (ƏMAS) olan aktual problemləri müzakirə etdi.
Tədbiri sual-cavab sessiyası ilə yekunlaşdı.