Top Event
Top
Messe München
Sərgilər
IFAT 2022
Məkan
Messe München
Messegelände
81823
München
Deutschland
Show place in map
Tədbirin başlanma tarixi
30.05.2022 · 09:00
Tədbirin bitmə tarixi
03.06.2022 · 19:00

Su, çirkab suları, tullantı və xammalın idarə edilməsi üzrə dünyanın aparıcı sərgisi

 

Sizi 30 may-3 iyun 2022-ci il tarixlərində Almaniyanın Münhen şəhərində keçiriləcək su, çirkab suları, tullantı və xammalın idarə edilməsi üzrə dünyanın aparıcı sərgisi olan IFAT 2022 haqqında məlumatlandırmaq istərdik.

IFAT hər iki ildən bir Messe München-də keçirilir və 3000-dən çox sərgi iştirakçısını bir araya gətirir. Dünyanın müxtəlif ölkələrindən qatılan sərgi iştirakçıları burada ekoloji həllər üzrə ən son məhsul və xidmətlərini təqdim edirlər. Sərgi tullantı suların və havanın təmizlənməsindən, drenaj və torpağın təmizlənməsi texnologiyasına kimi geniş sahələri əhatə edir. Sərgidə Siz həmçinin texniki dəstək proqramından faydalana bilərsiniz.

Aşağıda Siz sərgiyə giriş biletlərinin qiyməti ilə bağlı ətraflı məlumatı və iştirakçı siyahısını əldə edə bilərsiniz. Alman–Azərbaycan Xarici Ticarət Palatası Sizin marağınıza uyğun olaraq sərgidə iştirakınızı dəstəkləməkdən məmnun olardı.

Əlavə suallarınız olduğu halda, xanım Turana Yaqubovaya email (events(at)ahk-baku.de) və ya telefon vasitəsi ilə (+994 12 497 63 06/07) müraciət edə bilərsiniz.

Sərgi iştirakçıları və brendlər

Biletlərin qiyməti