Getty Images/EmirMemedovski
Top Event
Top
Winter Park Plaza
B2B Meetings
IHK Koblenzin Azərbaycana İşgüzar Səfəri
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin dili
İngiliscə
Tədbirin başlanma tarixi
15.10.2024 · 09:30
Tədbirin bitmə tarixi
15.10.2024 · 13:00

Koblenz vilayətindən səfər edən alman şirkətləri ilə Azərbaycanda biznes imkanı!

 

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, yerli və beynəlxalq şirkətlərin Azərbaycan və Almaniyada biznes fəaliyyətlərinin qurulmasında və genişləndirilməsində dəstək göstərir. Bu məqsədlə, Palata mütəmadi olaraq, alman şirkətlərinin və diplomatik nümayəndələrin iştirakı ilə Azərbaycana nümayəndə heyəti səfərlərini təşkil edir.


Sözügedən fəaliyyəti çərçivəsində, AHK Azərbaycan, Almaniyanın Koblenz vilayətinin Sənaye və Ticarət Palatası (İHK) Koblenz ilə sıx əməkdaşlıq edərək, 13 - 17 oktyabr 2024-cü il tarixlərində alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edir.

Səfər zamanı, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə bir sıra aidiyyəti dövlət qurumları və özəl sektordakı tərəfdaşlarla görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində 15 oktyabr 2024-cü il tarixində, saat 09:30 – 13:00-da AHK Azərbaycanın konfrans zalında B2B görüşlər keçiriləcək.

Təmsil olunan alman şirkətlərinin profilləri ilə tanış olmaq üçün əlavədəki sənədə nəzər yetirməyinizi xahiş edirik.

Təmsil olunan alman şirkətləri:
• BAUER KOMPRESSOREN GmbH - Hava və qazlar üçün sıxılma sistemlərinin aparıcı istehsalçısı
BITO-Lagertechnik Bittmann GmbH - İnnovativ anbar texnologiyası və həlləri üzrə mütəxəssis
Drache Umwelttechnik GmbH - Qlobal müştərilər üçün innovativ Alüminium və polad tökmə texnologiyası və həlləri
Kessler Zoologiegroßhandel GmbH & Co. KG - Ev heyvanları üçün keyfiyyətli təbii yemlərin istehsalçısı
OSC OrganoSpezialChemie GmbH Bitterfeld - Yüksək təmizliyə malik orqanik kimyəvi maddələrin istehsalçısı
TLI Global GmbH - Müxtəlif sənaye ehtiyat hissələri və komponentlər, eləcə də maşınlar və avadanlıqlar, məsələn, top rulmanları, hidravlik hissələr, pnevmatik hissələr, elektrik avadanlıqları, yağlar, yağlayıcılar, kabellər, alətlər, nasoslar, kompressorlar və ehtiyat hissələri

B2B görüşlərində iştirak etmək üçün qeydiyyatdan keçməyiniz vacibdir. İştirakla bağlı suallarınız olarsa, məmnuniyyətlə bizimlə əlaqə saxlaya bilərsiniz.

Fürsətdən istifadə edərək Sizə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin inkişafına verdiyiniz dəstəyə görə bir daha öz minnətdarlığımızı bildiririk.

Aynur Vahabova

Aynur Vahabova

Layihə rəhbəri l Biznes Xidmətləri mütəxəssisi