AHK Azərbaycan, Almaniyanın Koblenz vilayətinin Sənaye və Ticarət Palatası (İHK) ilə sıx əməkdaşlıq edərək, 13 - 17 oktyabr 2024-cü il tarixlərində alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etdi.
İşgüzar səfərin ilk günündə nümayəndə heyəti AHK Azərbaycan ofisində səmimi şəkildə qarşılandı. Almaniyanın Bakıdakı Səfirliyinin Missiya Rəhbərinin Müavini cənab Heiko Schwarz və Rödl & Partners-dən cənab Əli Camalov qonaqlara ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında ətraflı məlumat verdi.
Növbəti gün AHK Azərbaycan təxminən 40 şirkət nümayəndəsinin iştirak etdiyi B2B Networking tədbirini AHK Azərbaycanın konfrans zalında təşkil etdi. Bu, mühüm sahə iştirakçıları ilə əlaqə qurmaq və Azərbaycan və Alman şirkətləri arasında yeni biznes imkanlarını araşdırmaq üçün əla bir fürsət oldu.
İşgüzar səfər zamanı nümayəndə heyəti Bakı Limanı, Ələt Azad İqtisadi Zonası, Azərbaycan Sənaye Korporasiyası ASC və Azərbaycan Dəmir Yolları kimi mühüm dövlət institutları və tərəfdaşlarla məhsuldar görüşlər və dinamik müzakirələr aparmaq imkanı əldə etdi. Həmçinin, Bakı Build sərgisini ziyarət edərək, Azərbaycanın tikinti sektoru haqqında dəyərli məlumatlar əldə edildi və yerli və beynəlxalq şirkətlərin innovativ təkliflərini təqdim edən müxtəlif müəssisələrlə tanış olundu.
Təmsil olunan alman şirkətləri:
• BAUER KOMPRESSOREN GmbH - Hava və qazlar üçün sıxılma sistemlərinin aparıcı istehsalçısı
• BITO-Lagertechnik Bittmann GmbH - İnnovativ anbar texnologiyası və həlləri üzrə mütəxəssis
• Drache Umwelttechnik GmbH - Qlobal müştərilər üçün innovativ Alüminium və polad tökmə texnologiyası və həlləri
• Kessler Zoologiegroßhandel GmbH & Co. KG - Ev heyvanları üçün keyfiyyətli təbii yemlərin istehsalçısı
• OSC OrganoSpezialChemie GmbH Bitterfeld - Yüksək təmizliyə malik orqanik kimyəvi maddələrin istehsalçısı
• TLI Global GmbH - Müxtəlif sənaye ehtiyat hissələri və komponentlər, eləcə də maşınlar və avadanlıqlar, məsələn, top rulmanları, hidravlik hissələr, pnevmatik hissələr, elektrik avadanlıqları, yağlar, yağlayıcılar, kabellər, alətlər, nasoslar, kompressorlar və ehtiyat hissələri
Fürsətdən istifadə edərək bütün iştiakçılara Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin inkişafına verdiyini dəstəyə görə bir daha öz minnətdarlığımızı bildiririk!