10 fevral 2021-ci il tarixində 20-dən çox şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan İKT İşçi Qrupunun növbəti onlayn iclası keçirildi. Görüş biznes sektorunda rəqəmsal transformasiya mövzusuna həsr olunmuşdu.
İclası açıq elan edərək cənab Rüfət Sadıqov koronavirus pandemiyasının biznes sektorunda rəqəmsal transformasiyanı geniş mənada necə sürətləndirdiyini və bunun kiçik və orta bizneslərə təsirinə xüsusi diqqət yetirdi. Onlayn görüş cənab Rüfət Sadıqov tərəfindən moderasiya edildi və məruzəçi qismində iki mütəxəssis - Caspian Innovation Center MMC-dən Əməliyyatlar üzrə rəhbər cənab Orxan Quliyev və Şəbəkə Xidmətləri və İnformasiya Təhlükəsizliyi üzrə rəhbər cənab Rauf Mahmudlu görüşə qatılaraq bu sahədə öz təcrübələrini iştirakçılarla bölüşdülər.
Onlayn iclas interaktiv şəkildə keçirildi və təqdimatdan sonra məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırdılar.