Top Event
Top
AccessBank QSC Baş Ofisi
Üzvlər Tədbiri
Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
Məkan
AccessBank QSC Baş Ofisi
Tbilisi prospekti 3
AZ1000
Bakı
Azərbaycan
Show place in map
Tədbirin başlanma tarixi
13.03.2024 · 11:00
Tədbirin bitmə tarixi
13.03.2024 · 12:30

AHK Azərbaycanın 13 mart 2024-cü il tarixində AccessBank QSC-nin Baş ofisində keçirilən Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti görüşündə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri elecə də SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmət və məhsulları mövzuları müzakirə olundu. Görüşdə AHK Azərbaycanın İdarə Heyətinin Sədri Tobias Baumann, görüşün moderatoru qismində AccessBank QSC İdarə Heyətinin üzvü və Maliyyə Xidmətləri İşçi Qrupunun sədri İlkin Quliyev, görüşün qonaq məruzəçiləri qismində isə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, AccessBank QSC-nin Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev çıxış etdilər.

Görüşü açıq elan edən Tobias Baumann iştirakçıları salamladı və görüşün gedişatı haqqında iştirakçılara məlumat verdi. Daha sonra görüşün moderatoru Cənab Quliyev də öz növbəsində iştirakçıları salamladı və bankın fəaliyyəti barəsində auditoriyaya geniş məlumat verdi. Daha sonra o, sözü cənab Xaliyevə verdi.

Cənab Xaliyev çıxışında SİF-in fəaliyyət istiqamətləri və dəstək mexanizmləri olan güzəştli krediti, avadanlıq krediti, zəmanət və subsidiya mexanizmi barədə məlumat verdi.  Bildirdi ki, Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, eləcə də dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır. İdarə Heyətinin sədri qeyd etdi ki, Fond sahibkarların layihələrini güzəştli kreditlərlə yanaşı zəmanət və subsidiya ilə dəstəkləyir. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi barədə ətraflı məlumat verən Osman Xaliyev, bu ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verildiyini, o cümlədən, həmin kreditlərin 10% bəndinin subsdiyalaşdırıldığını vurğuladı.

Daha sonra cənab Əliyev SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmət və məhsulları mövzusunda çıxışına başladı. Cənab Əliyev hesabların açılması və aparılması, tariflər, e-commerce, overdraft məhsullarının müştərilərə təklifi və yay təcrübə proqramları haqqında müştəriləri məlumatlandırdı.

Görüşdə yeni maliyyə alətlərinin yaradılması istiqamətində müzakirələr aparılıb, işçi qrupunun üzvlərinin sualları cavablandırılıb.