Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Maliyyə Xidmətləri İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin dili
Azərbaycanca
Tədbirin başlanma tarixi
17.09.2024 · 11:00
Tədbirin bitmə tarixi
17.09.2024 · 12:30

2024-cü il sentyabrın 17-də AHK Azərbaycanın Maliyyə Xidmətləri İşçi Qrupu, AHK Azərbaycanın ofisində “Yaşıl Maliyyələşdirmə və Yaşıl İqtisadiyyata Keçid” mövzusunda müzakirə aparıb. Bu görüş AHK Azərbaycan tərəfindən yaşıl inkişafa dəstək vermək məqsədilə başladılmış "İnnovasiya, tərəfdaşlıq, transformasiya - COP29-dan gözləntilər" şüarı altında keçirilən təşəbbüslər seriyasının bir hissəsi idi.

İclas Maliyyə Xidmətləri İşçi Qrupunun sədri cənab İlkin Quliyev tərəfindən açıldı. O, iştirakçıları salamladı və görüşün gedişatı eləcə də, mövzusu barədə məlumat verdi. Bundan əlavə, o, əvvəlki iclas barədə də qısa məlumat verdi. Cənab Quliyev yaşıl maliyyələşdirmənin əhəmiyyətini vurğuladı və bu tendensiyanın təşviqində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) mühüm rol oynadığını qeyd etdi.

Qonaq məruzəçi qismində AYİB-in Aparıcı Bankiri cənab Elmin İbrahimov çıxış etdi. O, əvvəlcə AYİB-in Azərbaycandakı fəaliyyəti barədə ümumi məlumat verdi və təşkilatın əsas diqqət mərkəzində olan sahələrə – enerji səmərəliliyi, bərpa olunan enerji və dayanıqlı infrastruktur barədə danışdı. Daha sonra cənab İbrahimov AYİB-in yaşıl maliyyə alətləri – yaşıl istiqrazlar, yaşıl kreditlər, davamlılıqla əlaqəli istiqrazlar və davamlılıqla əlaqəli kreditlər haqqında məlumat verərək hər birinin yaşıl maliyyə prinsipləri əsasında necə işlədiyini ətraflı izah etdi.

Bundan əlavə, cənab İbrahimov AYİB-in maliyyə məhsulları və qrantları, o cümlədən birbaşa kreditlər, uzunmüddətli kreditlər, həmçinin yerli və xarici valyutada olan məhsullar barədə danışdı. O, həmçinin maliyyə məhsulları ilə yanaşı təqdim edilən məsləhət xidmətlərini – audit yardımı, işçi heyətinin təlimi, tədqiqat dəstəyi və konsaltinq xidmətlərini xüsusi olaraq qeyd etdi.

Təqdimatının sonunda cənab İbrahimov Azərbaycanda AYİB tərəfindən maliyyələşdirilən layihələr haqqında ətraflı məlumat verdi və iştirakçıların yaşıl maliyyələşdirmə və AYİB-in fəaliyyəti ilə bağlı suallarını cavablandırdı.

Görüş məhsuldar fikir mübadiləsi ilə yekunlaşdı və Azərbaycanın maliyyə sektorunda yaşıl inkişaf və əməkdaşlıq təşəbbüslərini gücləndirməyə töhfə verdi.

Elvin Abbasov

Elvin Abbasov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı