25 oktyabr 2022-ci il tarixində 50-ə yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan üzvlərinin Qarabağ iqtisadi rayonuna işgüzar səfəri baş tutmuşdur. Səfər Palatanın Tikinti və İnfrastruktur İşçi Qrupunun çərçivəsində həyata keçirilmişdir.
İşgüzar səfər zamanı iştirakçılar Füzuli və Şuşa şəhərlərində davam edən yenidən quruculuq işləri ilə yerində tanış olmaq imkanı əldə etdilər və ikitərəfli görüşlərə qatıldılar. Xüsusi olaraq qeyd edək ki, Palatanın üzvü “Azvirt” MMC-nin nümayəndələri ilə şirkətin Füzulidə yerləşən inşaat layihə mərkəzində görüşmək imkanımız oldu və onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdikləri layihələr ilə bağlı qısa təqdimat keçirdilər.
Biz bu səfərin baş tutmasında dövlət qurumlarının xüsusi rolunu vurğulamaq istəyirik, eyni zamanda göstərdikləri dəstəyə görə Grata International, Azərbaycan şirkətinə təşəkkür edirik.