Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Rəqəmsal Transformasiya İşçi Qrupunun görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
05.07.2024 · 11:00
Tədbirin bitmə tarixi
05.07.2024 · 12:30

AHK Azərbaycanın 5 iyul 2024-cü il tarixində AHK Azərbaycanın ofisində Rəqəmsal Transformasiya İşçi Qrupunun növbəti görüşündə “COP29 və ətraf mühitin mühafizəsi sahəsində rəqəmsallaşma təşəbbüsləri” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, Rəqəmsal Transformasiya İşçi Qrupunun sədri cənab Orxan Quliyev, COP29-a hazırlıq prosesi, yeniliklər və bugün ki, görüşün gedişatı və mövzu barədə görüş iştirakçılarını məlumatlandırdı və sözü qonaq məruzəçi, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri cənab Rüstəm Həsənova verdi.

Cənab Həsənov dəvətə görə təşəkkürünü bildirdi və palatanın fəaliyyətini yaxından izlədiyini və bu kimi görüşlərin hər zaman məhsuldar olduğunu və aktual məsələlərin həllinə təkan verə biləcəyini qeyd etdi. O, çıxışında COP29 ilə bağlı ən son yenilikləri görüş iştirakçılarının nəzərinə çatdırdı.

Əlavə olaraq o çıxışında karbon kredit mexaniziminin tətbiqindən bəhs etdi və bu mexanizmin 2026-cı ildən tətbiq olunacağını qeyd etdi. COP-dan əvvəl isə sentyabrda Pre-COP tədbiri keçiriləcəyini və burada nazirlərin iştirak edəcəyini dedi. Gələn qonaqların yerləşməsi üçün otellərin qiymət artımı müşahidə olunduğunu və bu baxımdan COP29-un öz booking saytı olacağını, qonaqlar oradan otel rezervasiyası edə biləcəklərini qeyd etdi.

Xəqani Qasımov

Xəqani Qasımov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı