29 iyun 2022-ci il tarixində 30-a yaxın şirkət nümayəndəsinin iştirakı ilə AHK Azərbaycan Tikinti və İnfrastruktur İşçi Qrupunun növbəti iclası keçirildi. Görüşdə Azərbaycanda dövlət satınalmaları proseduralarının asanlaşdırılması istiqamətində müzakirələr aparıldı.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı direktoru / İdarə Heyətinin üzvü cənab Tobias Baumann görüşün iştirakçılarını salamladı. Daha sonra Tikinti və İnfrastruktur İşçi Qrupunun sədri xanım Ummi Cəlilova iştirakçıları iclasın gündəliyi ilə tanış etdi və görüşün əsas mövzusu haqqında onlara qısa məlumat verdi.
Görüşün qonaq spikeri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmaları şöbəsinin müdiri cənab Əhməd Həsənov Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyəti haqqında statistik hesabatı təqdim etdi. Öz çıxışında, o dövlət satınalmaları prosedurlarına nəzarət, bu sahədə adekvat tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları portalında cari işlər və yeni qanun layihəsi haqqında ətraflı məlumat verdi. Görüş AHK Azərbaycanın üzv şirkətlərinin iştirakı ilə interaktiv sual və cavab sessiyası ilə davam etdi.
Görüşün sonunda xanım Ummi Cəlilova “PMD Projects” MMC-nin Biznesin inkişafı şöbəsinin rəhbəri xanın Nərmin Hüseynzadənin Tikinti və İnfrastruktur İşçi Qrupunun sədr müavini təyin edilməsi haqqında iştirakçılara məlumat verdi və onu işçi qrupunun üzvlərinə təqdim etdi.