8 oktyabr 2024-cü il tarixində, AHK Azərbaycanın Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun növbəti görüşü baş tutdu. Görüşün əsas məqsədi AHK Azərbaycan tərəfindən üzv şirkətlərin vergi qanunvericiliyi və inzibatçılığı məsələsi ətrafında təkliflərin toplanaraq Dövlər Vergi Xidmətinə təqdim olunması idi.
İclası açıq elan edən AHK Azərbaycanın İcraçı Direktoru vəzifəsini icra edən xanım Aytəkin Siraczadə iştirakçıları salamladı və sözü Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun sədri xanım Günel Sadiyevaya verdi.
Çıxışında xanım Sadiyeva iştirakçıların sual və təklifləri əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kredit və vergitutma məsələləri, bank əmanətləri üzrə gəlir faizlərinin vergidən azadolunması mövzuları, və həmçinin Start up-larin nizamnamə kapitalı və nominal dəyər anlayışları haqqında ətraflı şəkildə məlumat verdi.
Günel Sadiyeva çıxışında gələcək layihələrdən biri olan Karbon vergilər ideyası əsasında məhsulların istehsal və idxalı üzrə vergiyə cəlb olunması ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Görüşdə həmçinin sahibkarlıq fəaliyyətinə dair əlavə şərtlər haqqında dinləyicilərin fikirləri ətrafında müzakirıələr aparıldı.
Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.