25 noyabr 2021-ci il tarixində AHK Azərbaycan İdarə Heyətinin sədri cənab Fərid İsayevin rəhbərlik etdiyi Vergi, Gömrük və Hüquq Məsələləri İşçi Qrupunun hibrid formatda növbəti görüşü baş tutdu. Tikinti, nəqliyyat və logistika sahələri üzrə alman şirkətlərinin Azərbaycana bazar araşdırması səfəri çərçivəsində baş tutan görüşdə Azərbaycan və Almaniyadan 60-dan çox şirkət nümayəndələri iştirak etdilər.
Görüşün əsas mövzusu Azərbaycanda milli iqtisadiyyatın inkişafında Ələt Azad İqtisadi Zonası layihəsinin rolu idi. İclası açıq elan edərək cənab Tobias Baumann iştirakçıları salamladı və mövzunun yerli və xarici biznes nümayəndələri üçün önəminə diqqət çəkdi. Tədbirin fəxri qonağı, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov görüşdə “Azərbaycanda qeyri-neft və qaz sektorunda investisiya imkanları: Ələt Azad İqtisadi Zonasının misalında” adlı məruzə ilə çıxış etdi. Təqdimat əsnasında cənab Ələsgərov onların layihədən olan gözləntiləri və strateji baxışları, bizneslər üçün təşviqedici tədbirlər və qanunvericilik bazasından söz açdı.
Təqdimatdan sonra qonaq məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı.