Hörmətli AHK üzvləri,
Böyük məmnuniyyətlə Sizi çərşənbə günü, 18 dekabr 2024-cü il tarixində saat 19:00-dan 21:00-dək Radisson Hotel Baku, Dan Ulduzu zalında (Azadlıq Prospekti 1) keçiriləcək AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağına dəvət edirik.
Almaniya Federativ Respublikanın səfiri cənab Dr. Ralf Horlemannın tədbirimizdə məruzəçi kimi iştirakı gözlənilir. Cənab Dr. Horlemann Almaniya Səfirliyindən yeniliklərlə bağlı üzv şirkətləri məlumatlandıracaqdır.
Ümumi Yığıncağın gündəliyində duran əsas məsələlər AHK Azərbaycanın 2023-cü il üçün illik hesabatının, xəzinə nəzarətçilərinin 2023-cü il üçün illik hesabatının təsdiq edilməsi və 2024-cü il üçün xəzinə nəzarətçilərinin seçilməsidir. Bundan əlavə, AHK Azərbaycanın yeni üzvləri Ümumi Yığıncaqda təqdim olunacaq və palataya daxil olmaları təsdiq olunacaqdır.
Sizi AHK Üzvlərinin Ümumi Yığıncağında salamlamaqdan məmnun olardıq!