28 fevral 2023-cü il tarixində Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin (BMWK) adından Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Azərbaycanda təhsil və təlim sistemi, İT xidmətlərinin modernləşdirilməsi sahəsi üzrə bazarın inkişafı, çərçivə şərtləri və biznes imkanları” mövzusuna həsr olunmuş vebinar həyata keçirdi. Bu, KOB-lar üçün bazarın inkişafı proqramının bir hissəsi olaraq layihə ilə bağlı maliyyələşdirmə tədbiri idi. Layihənin tərəfdaşları Didacta Association, iMOVE və Bildungswerk der Baden-Württembergische Wirtschaft kimi assosiasiya və qurumları oldu.
Vebinarda maraq göstərən alman şirkətlərinə Azərbaycan bazarı haqqında ilkin sahəvi məlumatlar təqdim olundu. Keçirilən iki panel müzakirəsi zamanı yerli şirkət və dövlət qurumlarından olan ekspertlər alman şirkətlərinə yaranmış çətinliklər və bazar imkanları, habelə əməkdaşlıq imkanları və ən yaxşı təcrübələr haqqında məlumatlar təqdim etdi.
Çıxış edənlər arasında Almaniya ilə Azərbaycan arasında əlaqələrin siyasi çərçivəsini təqdim edən Almaniya Federativ Respublikasının Bakıdakı səfirinin müavini, cənab Heiko Şvars və Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, cənab Ceyhun Kərəmov oldu. Cənab Kərəmov öz çıxışında peşə hazırlığının son 10 il ərzində dövlət siyasətinin mərkəzinə çevrildiyini və xüsusilə rəqəmsal peşə hazırlığının gələcəkdə prioritet sahələrdən hesab olunacağını vurğuladı.
Vebinar video çarx şəklində lentə alınıb. Videonu izləmək üçün buraya klik etmək lazımdır. Parol kodu: 3%.u8FUe
Digər MEP layihələrinin icmalı ilə www.gtai.de/mep saytı vasitəsilə tanış olmaq olar.