Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Üzvlər
İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupu
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
04.10.2024 · 11:35
Tədbirin bitmə tarixi
04.10.2024 · 12:35

4 Oktyabr 2024-cü il tarixində AHK Azərbaycan ofisində İnsan Resursları və Peşə Təhsili & Təlimi İşçi Grupunun növbəti iclasında “Əmək Qanunvericiliyində edilmiş yeni tənzimləmələr” mövzusu müzakirə olundu.

Görüşü açıq elan edən, İR və PTT İşçi Qrupunun sədri, xanım Nigar Hüseynzadə iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barəsində görüş iştirakçılarına məlumat verdi. Daha sonra o, sözü qonaq məruzəçilər, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyevaya verdi.

Salamlama nitqi ilə çıxışına başlayan Cənab Heydərov ƏMAS məcəllləsində olan yeniliklərdən,  son zamanlarda sıx-sıx rastlanan cinsi ayrı-seçkilik hallarından və bununla bağlı məcəllədə olan dəyişikliklərdən, həmçinin elektron imza, SİMA, və Asan imza anlayışları və onların üstünlüklərindən danışdı. O, həmçinin ƏMAS məcəlləsində olunan dəyişikliklər qismində işçi hüquqlarının müdafiəsi, xitam və məzuniyyət əmrlərinin icrası ilə bağlı məlumat verdi. Cənab Heydərov öz çıxışında  distant iş, narkoloji xəstələr üçün peşələrlə bağlı olan yeni layihələrlə bağlı da məruzə etdi.

Görüş xanım Mirzəyevanın çıxışı ilə davam etdi. O, əmək münasibətlərinin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq çıxışına başladı. Daha sonra xanım Mirzəyeva “Dost Müfəttiş” layihəsi, müddətli əmək müqavilələri və bununla bağlı elektron platformaların formalaşdırılması sayəsində köhnə əmək müqavilələrinin yeniləri ilə əvəz olunmasından danışdı.

Görüş aktiv fikir mübadiləsi və “sual-cavab” sessiyası ilə yekunlaşdı.

Elvin Abbasov

Elvin Abbasov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı