Top Event
Top
Winter Park Plaza
Üzvlər Tədbiri
Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin dili
Azərbaycanca
Tədbirin başlanma tarixi
19.09.2024 · 11:00
Tədbirin bitmə tarixi
19.09.2024 · 12:30

2024-cü il sentyabrın 19-da AHK Azərbaycanın ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi. Görüşün əsas mövzusu “Qiymətli kağızlar vasitəsilə maliyyə cəlbi” oldu. Tədbiri Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun vitse-sədri cənab İlqar Əliyev açaraq iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barədə məlumat verdi.

Görüşdə qonaq məruzəçi qismində Bakı Fond Birjasının (BFB) Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova çıxış etdi. O, əvvəlcə iştirakçıları salamladı, daha sonra Bakı Fond Birjasının tarixi, strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verdi. Xanım Ramazanova həmçinin BFB-nin yaxın zamanda həyata keçirdiyi rebrendinq prosesi və yeni strateji planı barədə danışdı.

Xanım Ramazanova, BFB-də həyata keçirilən təşkilati transformasiyalar, o cümlədən bazar dərinliyinin artırılması, daha böyük investor bazasının yaradılması və bazarın likvidliyinin artırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verdi. Bu tədbirlər dinamik kapital bazarının inkişafına yönəldilmişdi.

Təqdimatın davamında xanım Ramazanova borc bazarının vəziyyəti, korporativ və dövlət istiqrazları, yerli səhmlər bazarının inkişafı və səhmlərlə istiqrazların fərqləri barədə ətraflı məlumat verdi. O, xüsusilə istiqrazların üstünlüklərini vurğuladı.

Bakı Fond Birjasında maliyyələşmə imkanlarının üstünlüklərindən danışan xanım Ramazanova, həmçinin BFB-də səhmlərin listinqinin emitentlər və investorlar üçün faydalarından bəhs etdi. Emitentlər üçün listinqin maliyyə çıxışı, borc yükündən azadlıq və ictimai profilin yüksəldilməsi kimi üstünlüklər təmin etdiyini bildirdi. Investorlar üçün isə mənfəət gəlirliyi, yüksək dividend gəlirliyi və sərfəli mülkiyyət imkanlarının olduğunu qeyd etdi.

Xanım Ramazanova, eyni zamanda, Bakı Fond Birjasında listinq prosesinə qoşulmaq istəyən şirkətlər üçün İPO (İlkin İctimai Təklif) təlimatının mövcudluğundan və emitentlərin BFB-yə çıxışını asanlaşdıran yol xəritəsindən bəhs etdi. O, həmçinin BFB-nin listinq məsləhət proqramı barədə ətraflı məlumat verdi.

Sonda görüş məhsuldar fikir mübadiləsi və xanım Ramazanovanın, öz növbəsində, iştirakçıların bütün suallarını ətraflı cavablandırması ilə yekunlaşdı.

Elvin Abbasov

Elvin Abbasov

Üzvlük Xidmətləri şöbəsinin konsultantı