Top Event
Top
Winter Park Plaza
Press Release
“Market Analysis Azerbaijan 2022-2023” nəşrinin rəsmi təqdimatı
Məkan
Winter Park Plaza
Rasul Rza küçəsi 75
AZ 1014
Bakı
Azərbaycan
+994 (12) 497 63 06/07
www.winterparkplaza.az
Show place in map
Tədbirin başlanma tarixi
30.11.2022 · 10:00
Tədbirin bitmə tarixi
30.11.2022 · 12:00

30 noyabr 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) “Market Analysis Azerbaijan 2022-2023” adlı yeni nəşrinin rəsmi təqdimatını keçirib. Nəşr AHK Azərbaycan tərəfindən Almaniya Ticarət və İnvestisiya (GTAI) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dərc olunub. Tədbirdə 50-yə yaxın yüksək vəzifəli dövlət rəsmiləri və beynəlxalq qurumların təmsilçiləri, nəşrə öz bəyanatları ilə töhfə verən Alman və Azərbaycan şirkətlərinin direktorları və baş menecerləri, o cümlədən mətbuat nümayəndələri iştirak edib. 
 
Tədbir AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Dr. Ralf Horlemann salamlama nitqi ilə açılıb. Cənab Horlemann bu layihəni yüksək dəyərləndirdiyini bildirib və onu “Mütləq oxunmalı və tanınmalı nəşr” adlandırıb. O, çıxışında Almaniya ilə Azərbaycan arasında biznes üçün geniş perspektivlərin olduğunu vurğulayıb. Həmçinin bildirib ki, "Azərbaycan bazarının təhlili 20222023 nəşri Almaniya şirkətlərinin hansı sahələrə böyük maraq göstərə biləcəklərini aydın şəkildə təqdim edir." 
 
Daha sonra nəşrdə təhlil olunan sənaye sahələrinə dair əsas məqamlar cənab Baumann tərəfindən təqdim olunub. O, bu uğurlu əməkdaşlığa görə GTAI təşkilatına və dəyərli bəyanatlarla nəşri dəstəkləyən şirkətlərə öz minnətdarlığını bildirib. Təqdimat zamanı o, təkcə ümumi tendensiyaları qeyd etməklə kifayətlənməyib, həm də AHK Azərbaycanın işgüzar səfərlər, tərəfdaşlıqlar və tədqiqat layihələri vasitəsilə sektorların inkişafına fəal şəkildə öz tövhəsini verdiyini vurğulayıb. 
 
Nəşrin təqdimatından sonra müzakirələrin keçirilməsi və AHK Azərbaycanın üzvləri və dostları arasında biznes əlaqələrinin yaradılması məqsədilə Sual və Cavab sessiyası keçirilib. 
 
Nəşr haqqında: “Market Analysis Azerbaijan 2022-2023” nəşri Azərbaycan iqtisadiyyatının 12 prioritet sahəsi haqqında ümumi məlumat, bazardakı hal-hazırkı trendlərin təhlili, o cümlədən müvafiq sənaye sahələrində mövcud imkanlar barədə məlumat təqdim edir. Biznes sektorlarında hal-hazırkı inkişaf istiqamətləri nələrdir? Bazarda hansı pozitiv trendlər mövcuddur? Müxtəlif sahələrdə hansı imkanlar mövcuddur? - Nəşr bu kimi suallara cavab verir və Azərbaycan bazarı ilə maraqlananlar üçün bələdçi rolunu oynayır. Həmçinin, nəşrə aparıcı Alman və Azərbaycan şirkətlərinin direktorları və yüksək vəzifəli nümayəndələrinin ölkədəki biznes mühitinin qiymətləndirilməsi, o cümlədən şirkətləri və layihələri ilə bağlı mövcud vəziyyətə dair bəyanatları daxildir. 
 
İngilis və Alman dillərində yayımlanan nəşri aşağıdakı link vasitəsilə ödənişsiz olaraq yükləmək mümkündür: https://lnkd.in/dcwDgVPk

Press Reliz

Zinyət Əmirova

Zinyət Əmirova

Bazarın Təhlili və Kommunikasiya mütəxəssisi

Sponsorlar