AHK Azərbaycan Sizi 25 avqust 2023-cü il tarixində Federal Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən ixrac təşəbbüsü çərçivəsində AHK Azərbaycan tərəfindən hazırlanmış „Ətraf mühitin və suyun mühafizəsi: Cənubi Qafqazda su infrastrukturunun modernləşdirilməsi tədbirləri” mövzusunda hazırlanmış çərçivə təhlilinin təqdimatı vebinararına dəvət edir.
Vebinarda iştirak üçün biz su və tullantı sularının təmizlənməsi sahələrindən olan şirkətləri, ətraf mühit sahəsindən mütəxəssisləri və tədqiqat institutlarını, eləcə də kənd təsərrüfatı, tikinti və ya mədənçilik kimi əlaqəli sahələrdən ekspertləri dəvət edirik.
Vebinarın məqsədi AHK Azərbaycan və iştirakçı şirkətlərlə birlikdə Cənubi Qafqazda davamlı su idarəçiliyinin inkişafı üçün ekoloji klaster yaradılmasıdır. Ekoloji klaster Almaniyadan və Cənubi Qafqazdan olan iştirakçıları birləşdirmək və Qərbi Azərbaycanda səmərəli su təchizatı və tullantı sularının təmizlənməsinə töhfəsini verən layihə ideyaları hazırlamaq məqsədi daşıyır.
2023-cü ilin oktyabr ayının sonuna planlaşdırılan Azərbaycana səfər zamanı Azərbaycanın su təsərrüfatı sektoru üçün hazırlanmış layihə təklifləri, həmçinin bu mövzuda təşkil olunan konfransda iştirak və Qarabağ bölgələrinə səfərin edilməsi nəzərdə tutulur.
Əlavə sualınız olarsa, xanım Leyla Məmmədova ilə e-mail (leyla.mammadova(at)ahk-baku.de) və ya +994 12 497 63 06/07 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.